Suriyada İŞİD-dən azad olunan yaşayış məntəqələrinin sayı 45-ə çatıb

Suriyada İŞİD-dən azad olunan yaşayış məntəqələrinin sayı 45-ə çatıb Yanvarın 1-dən ümumilikdə 1381,7 kv. km. ərazi azad olunub
Digər ölkələr
11 Fevral , 2017 20:09
Suriyada İŞİD-dən azad olunan yaşayış məntəqələrinin sayı 45-ə çatıb

Bakı. 11 fevral. REPORT.AZ/ Suriyada ilin əvvəlində İŞİD terror qruplaşmasından azad olunan yaşayış məntəqələrinin sayı 45-ə çatıb.

“Report” xəbər verir ki, bu barədə Rusiyanın Suriyada Barışıq Mərkəzinin məlumatında bildirilir.

"Sutka ərzində 24,5 kv.km. ərazi hökumət qoşunlarının nəzarəti altına keçib. Yanvarın 1-dən ümumilikdə 1381,7 kv. km. ərazi azad olunub. İlin əvvəlindən azad olunan yaşayış məntəqələrinin sayı 45-ə çatıb", — deyə xəbər bülletenində qeyd olunur.

Son xəbərlər

Orphus sistemi