Suriyada güclü partlayış olub: ölən və yaralananlar var

Suriyada güclü partlayış olub: ölən və yaralananlar var Hadisə yerinə təcili yardım briqadaları gəlib
Digər ölkələr
10 Yanvar , 2017 02:52
Suriyada güclü partlayış olub: ölən və yaralananlar var

Bakı. 10 yanvar. REPORT.AZ/ Suriyada güclü partlayış olub.

"Report"un məlumatına görə, bu barədə "Al-Masdar News" portalı xəbər verib.

Xəbərdə bildirilir ki, hadisə ölkənin şimal-şərqindəki Qamışlı şəhərində baş verib.

Belə ki, avtomobildə quraşdırılmış partladıcı maddənin işə düşməsi nəticəsində ən azı 1 nəfər ölüb. Partladıcı vasitənin bura ölkənin mərkəzi rayonlarından birindən gətirildiyi bildirilir.

Hadisə zamanı daha bir neçə nəfərin yaralandığı bildirilir.

Partlayışın baş verdiyi əraziyə təcili yardım briqadaları gəlib.  

Son xəbərlər

Orphus sistemi