Yuxarı

Suriya-Türkiyə sərhədində terror aktı törədilib, azı 12 nəfər həlak olub, xəsarət alanlar var

​Suriya-Türkiyə sərhədində partlayış zamanı azı 12 nəfər həlak olub

Suriyanın Türkiyə ilə sərhədindəki Çobanbey şəhərində terror aktı törədilib.

Bu barədə "Report" "Anadolu" agentliyinə istinadən xəbər verir.

Məlumata görə, minalanmış avtomobil yerli xəstəxananın yaxınlığında partladılıb. İlkin xəbərdə bildirilir ki, hücum nəticəsində 12 dinc sakin həlak olub, çoxlu sayda insan yaralanıb. Ölənlərin sayının artacağı gözlənilir.

Hadisə yerində axtarış-xilasetmə işləri görürülür.

Partlayış zamanı xəstəxana binasına da zərər dəyib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi