Suriyanın Türkiyə ilə sərhədindəki Çobanbey şəhərində terror aktı törədilib.
Bu barədə "Report"
Məlumata görə, minalanmış avtomobil yerli xəstəxananın yaxınlığında partladılıb. İlkin xəbərdə bildirilir ki, hücum nəticəsində 12 dinc sakin həlak olub, çoxlu sayda insan yaralanıb. Ölənlərin sayının artacağı gözlənilir.
Hadisə yerində axtarış-xilasetmə işləri görürülür.
Partlayış zamanı xəstəxana binasına da zərər dəyib.