​Suriya aviasiyası İŞİD-in komanda məntəqəsini məhv edib

​Suriya aviasiyası İŞİD-in komanda məntəqəsini məhv edib Hava qüvvələri terrorçuların Hələb yaxınlığındakı mövqelərinə zərbələr endirib
Digər ölkələr
7 Fevral , 2016 17:27
​Suriya aviasiyası İŞİD-in komanda məntəqəsini məhv edib

Bakı. 7 fevral. REPORT.AZ/ Suriya aviasiyası bazar gününə keçən gecə Hələbin şərqində "İraq-Şam İslam Dövləti" terror qruplaşmasına (İŞİD) aid komanda məntəqəsini məhv edib.

"Report" xəbər verir ki, bu barədə mənbəyə istinadən SANA agentliyi məlumat yayıb.

"Uçuş İŞİD-in Rəsm əl-Aləm və Əs-Sin kəndlərindəki komanda mərkəzi və pulemyotlarla təchiz olunmuş nəqliyyat vasitələrinin məhv edilməsi ilə nəticələnib", — deyə mənbə bildirib.

Agentlik qeyd edir ki, ötən gün Hələb yaxınlığındakı digər ərazilərə də aviazərbələr endirilib. Terrorçular Mənbic şəhərində ciddi itkiyə məruz qalıblar.

Son xəbərlər

Orphus sistemi