Yuxarı

Sudanın sabiq prezidenti korrupsiya ittihamı ilə 2 illik həbs olunub

Sudanın sabiq prezidenti korrupsiya ittihamı ilə 2 illik həbs olundu

Sudanın sabiq prezidenti Ömər əl Bəşir xarici valyutaları qanunsuz ələ keçirmə, qanunsuz maliyyə qazanc əldə etmə və korrupsiya ittihamları ilə iki il müddətinə azadlıqdan məhrum edilib.

“Report” “Al Jazeera”ya istinadən xəbər verir ki, paytaxt Xartumdakı məhkəmə 75 yaşlı sabiq dövlət başçısı barəsində araşdırılan bir neçə davadan birincisi çərçivəsində qanuna görə 70 yaşı tamam olmuş şəxslər həbsxanaya göndərilmədiyi üçün iki il müddət ərzində ictimai islahat mərkəzində saxlanılacaq.

Qeyd olunur ki, Ö.Bəşirin imarətində 130 milyon ABŞ dolları məbləğində müxtəlif valyutalarda nağd pul vəsaitləri aşkar edilmişdi. Onun Səudiyyə Ərəbistanı vəliəhd şahzadəsi Məhəmməd bin Salmandan 25 milyon dollar aldığı da bildirilir.

Otuz il ərzində iqtidarda qaldıqdan sonra bu ilin aprel ayında ölkə boyu keçirilən kütləvi etiraz nümayişlər nəticəsində devrilən Ömər əl Bəşir Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən Sudanın Darfur regionunda bəşəriyyətə qarşı cinayətlər, hərbi cinayətlər və soyqırımı cinayəti törətməsində şübhəli bilinir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi