Sudanda nümayiş zamanı tələbə güllələnib

Sudanda nümayiş zamanı tələbə güllələnib Polis nümayişin dağıdılması zamanı gözyaşardıcı qazdan istifadə edib
Digər ölkələr
8 Yanvar , 2018 00:51
Sudanda nümayiş zamanı tələbə güllələnib

Bakı. 8 yanvar. REPORT.AZ/ Sudanın Qərbi Darfur əyalətinin Əl-Qeneyna şəhərində nümayişin dağıdılması zamanı 1 nəfər ölüb, 3 nəfər yaralanıb.

“Report” BBC-yə istinadən xəbər verir ki, polislər yerli sakinlərin nümayişini dağıdan zaman bir tələbəni güllələyiblər.

Telekanalın məlumtına görə, asayiş keşikçiləri etirazçılara qarşı səs qumbarası və gözyaşardıcı qazdan istifadə ediblər.

Sudan vətəndaşları hökumətin çörək məmulatlarının qiymətini qaldırmasına etiraz edirlər.

Son xəbərlər

Orphus sistemi