Bakı. 26 fevral. REPORT.AZ/ Sudan prezidenti Ömər al-Bəşir ölkədə razılaşdırılmamış mitinqlərin, təntənəli yürüşlərin və tətillərin keçirilməsini qadağan edən fərman imzalayıb.
Bu barədə “Report” ”Anadolu” agentliyinə istinadən xəbər verir.
Məlumata görə, qərar ölkədə qüvvədə olan fövqəladə vəziyyət rejimi çərçivəsində qəbul edilib.
Sudan prezidenti fevralın 22-də hökumətin buraxıldığını və ölkədə bir il müddətində fövqəladə rejiminin tətbiq olunduğunu elan edib. Dövlət başçısının prezident sarayında xalqa müraciəti milli televiziya vasitəsilə yayımlanıb.
Sudanda fövqəladə vəziyyət dövlət əleyhinə kütləvi mitinqlər fonunda qəbul edilib. Aksiyalar bir neçə aydır davam edir.