Yuxarı

Stokholmda partlayış nəticəsində 1 nəfər ölüb

Bakı. 10 fevral. REPORT.AZ/ İsveçin paytaxtı Stokholm şəhərində yerləşən azmərtəbəli binalardan birində partlayış baş verib.

“Report” xəbər verir ki, bu barədə yerli polisə istinadən SVT telekanalı məlumat yayıb.

Bildirilir ki, hadisə nəticəsində 1 nəfər həyatını itirib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları qeyd edirlər ki, ərazidə yaşayan insanların həyatını üçün təhlükə yoxdur, lakin yaxınlıqda yerləşən evlərin sakinləri hər ehtimala qarşı təxliyə ediliblər.

Daha əvvəl Fransanın Lion şəhərində çörək sexində partlayış və yanğın baş verib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi