Stokholmda partlayış nəticəsində 1 nəfər ölüb

Stokholmda partlayış nəticəsində 1 nəfər ölüb Bakı. 10 fevral. REPORT.AZ/ İsveçin paytaxtı Stokholm şəhərində yerləşən azmərtəbəli binalardan birində partlayış baş verib.
Digər ölkələr
10 Fevral , 2019 20:18
Stokholmda partlayış nəticəsində 1 nəfər ölüb

Bakı. 10 fevral. REPORT.AZ/ İsveçin paytaxtı Stokholm şəhərində yerləşən azmərtəbəli binalardan birində partlayış baş verib.

“Report” xəbər verir ki, bu barədə yerli polisə istinadən SVT telekanalı məlumat yayıb.

Bildirilir ki, hadisə nəticəsində 1 nəfər həyatını itirib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları qeyd edirlər ki, ərazidə yaşayan insanların həyatını üçün təhlükə yoxdur, lakin yaxınlıqda yerləşən evlərin sakinləri hər ehtimala qarşı təxliyə ediliblər.

Daha əvvəl Fransanın Lion şəhərində çörək sexində partlayış və yanğın baş verib.

Son xəbərlər

Orphus sistemi