Stanislav Zasın namizədliyi KTMT-nin baş katibi vəzifəsinə irəli sürülüb

Stanislav Zasın namizədliyi KTMT-nin baş katibi vəzifəsinə irəli sürülüb Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi vəzifəsinə üzv ölkələrin Xarici İşlər Nazirləri Şurası (XİNŞ) tərəfindən Stanislav Zasın namizədliyi irəli sürülüb.
Digər ölkələr
22 May , 2019 17:27
Stanislav Zasın namizədliyi KTMT-nin baş katibi vəzifəsinə irəli sürülüb

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi vəzifəsinə üzv ölkələrin Xarici İşlər Nazirləri Şurası (XİNŞ) tərəfindən Stanislav Zasın namizədliyi irəli sürülüb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə XİNŞ-in iclasında Qırğız Respublikasının xarici işlər naziri Çingiz Aydarbekov bildirib.

"Təklifə əsasən, Zas 2020-ci il yanvarın 1-dən KTKT baş katibinin vəzifələrinin icrasına başlamalıdır", - nazir deyib.

Qeyd edək ki, daha əvvəl KTMT baş katibi vəzifəsini tutan Ermənistan nümayəndəsi Yuri Xaçaturov vəzifədən azad edilib, onun müavini Valeri Semerikov vəzifəni müvəqqəti icra edib. Ermənistan müstəntiqləri Xaçaturova qarşı 2008-ci il martın 1-də keçirilmiş etiraz aksiyalarını dağıtmaqla bağlı cinayət işi üzrə konstitusiya quruluşunu devirməklə əlaqədar ittiham irəli sürüb. Ötən il noyabrın 8-də Astanada keçirilmiş sammitdə qərara alınıb ki, Ermənistanın nümayəndəsinin ardından KTMT-nin baş katibi vəzifəsini Belarus nümayəndəsi icra edəcək.

Əlavə edək ki, KTMT-yə Belarus, Ermənistan, Qazaxıstan, Qırğız Respublikası, Rusiya və Tacikistan daxildir.

Son xəbərlər

Orphus sistemi