Somalidə terror aktı nəticəsində 20 nəfər ölüb

Somalidə terror aktı nəticəsində 20 nəfər ölüb Partlayış paytaxt Moqodişo bazarlarından birində baş verib
Digər ölkələr
19 Fevral , 2017 16:38
Somalidə terror aktı nəticəsində 20 nəfər ölüb

Bakı. 19 fevral. REPORT.AZ/ Somalinin paytaxtı Moqodişoda minalanmış maşının bazar yaxınlığında partladılması nəticəsində 20 nəfər ölüb, onlarla insan yaralanıb.

"Report" "Anadolu"ya istinadən xəbər verir ki, bu barədə Moqodişonun bələdiyyə sədrinin sözçüsü Əbdul- Fəttah Əl-Haleni mətbuat nümayəndələrinə məlumat verib.

Partlayış insanların gur olduğu vaxtda törədilib. Terror hücumuna görə məsuliyyəti hələ heç kim öz üzərinə götürməyib.

Son xəbərlər

Orphus sistemi