Bakı. 14 aprel. REPORT.AZ/ Somalinin paytaxtı Moqadişoda
"Report" BBC-yə istinadən xəbər verir ki, içərisində partlayıcı qurğu olan avtomobil nazirlik ərazisinin divarına çırpılaraq partlayıb.
Bundan sonra silahlılar binaya soxulublar. Bəzi xəbərlərə əsasən, basqınçılar girov da götürüblər.
Hakimiyyət binanın hazırda hökumət qüvvələrinin nəzarəti altında olduğunu bəyan edib.
Xatırladaq ki, basqının məsuliyyətini "əş-Şəbab" terrorçu qruplaşması öz üzərinə götürüb.