Somali Səudiyyə Ərəbistanını Yəməndə qaçqınlara hücumda ittiham edib

Somali Səudiyyə Ərəbistanını Yəməndə qaçqınlara hücumda ittiham edib “Yəmən hökuməti buna görə izahat verməli, məsul şəxslər isə məhkəmə qarşısına çıxmalıdır”
Digər ölkələr
19 Mart , 2017 04:54
Somali Səudiyyə Ərəbistanını Yəməndə qaçqınlara hücumda ittiham edib

Bakı. 19 mart. REPORT.AZ/ Somali hökuməti Yəmən sahillərində 42 nəfərin ölümü ilə nəticələnən hücumu pisləyib və Səudiyyə Ərəbistanının başçılıq etdiyi ərəb koalisiyasını ittiham edib.

“Report” “Associated Press”ə istinadən xəbər verir ki, ötən gün “Apache” vertolyotunda olan naməlum şəxslər Somali qaçqınlarının olduğu gəmini bombalayıb.

Somalinin xarici işlər naziri Ömər Əbdülislam yerli radioya msahibəsində Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyasının buna görə məsuliyyət daşıdığını bildirib

Onun sözlərinə görə, “günahsız insanlara hücum dəhşətdir”. Nazir bildirib ki, Yəmən hökuməti buna görə izahat verməli, məsul şəxslər isə məhkəmə qarşısına çıxmalıdır.

Son xəbərlər

Orphus sistemi