Somali paytaxtında partlayış baş verib: ölənlər var

Somali paytaxtında partlayış baş verib: ölənlər var Təhlükəsizlik qüvvələrinin əməkdaşları silahlıları saxladıqda terrorçular partlayıcı qurğunu işə salıblar
Digər ölkələr
16 Aprel , 2017 17:00
Somali paytaxtında partlayış baş verib: ölənlər var
Foto: AFP

Bakı. 16 aprel. REPORT.AZ/ Somalinin paytaxtı Moqadişodakı hava limanı yaxınlığında partlayış baş verib.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, partlayıcı qurğunun olduğu avtomobilin partladılması nəticəsində bir neçə nəfər ölüb.

Hadisənin "Əş-Şabab" terror qruplaşmasının silahlıları tərəfindən həyata keçirildiyi bildirilir. Qeyd olunur ki, təhlükəsizlik qüvvələrinin əməkdaşları silahlıları saxladıqda terrorçular partlayıcı qurğunu işə salıblar.

Partlayışdan sonra indiyə qədər davam edən atışma başlayıb. Şahidlərin sözlərinə görə, həmçinin üş mina atılıb. Minalar aeroport yaxınlığındakı yaşayış ərazilərinə və Afrika ittifaqı sülhməramlılarının bazasına düşüb. 

Son xəbərlər

Orphus sistemi