Sinqapurun tarixində ilk qadın prezident seçilib

Sinqapurun tarixində ilk qadın prezident seçilib O, əvvəllər parlamentin sədri vəzifəsində çalışıb
Digər ölkələr
13 Sentyabr , 2017 10:47
Sinqapurun tarixində ilk qadın prezident seçilib

Bakı. 13 sentyabr. REPORT.AZ/ Sinqapurun tarixində qadın ilk dəfə prezident olub.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu səsvermənin nəticələrini açıqlayan ölkənin Mərkəzi Seçki Komissiyasının sədri En Vay Çun bildirib.

İnformasiyaya əsasən, parlamentin sədri Həlimə Yakub Sinqapurun yeni prezidenti seçilib.

Məlumata görə, 63 yaşlı H.Yakub həm də 47 il ərzində malay icmasından seçilən ilk prezidentdir.

Son xəbərlər

Orphus sistemi