Səudiyyə Ərəbistanının şahzadəsinə qarşı sui-qəsd cəhdi olub

Səudiyyə Ərəbistanının şahzadəsinə qarşı sui-qəsd cəhdi olub Şahzadə Məhəmməd hadisə zamanı zərər çəkməyib
Digər ölkələr
6 Avqust , 2017 19:44
Səudiyyə Ərəbistanının şahzadəsinə qarşı sui-qəsd cəhdi olub

Bakı. 6 avqust. REPORT.AZ/ Səudiyyə Ərəbistanının varis şahzadəsi Məhəmməd bin Salman əl-Səuda qarşı uğursuz sui-qəsd cəhdi olub.

"Report"un məlumatına görə, bu barədə "Fars" agentliyi Səudiyyə Ərəbistanının kütləvi informasiya vasitələrinə istinadən xəbər verib.

Bildirilir ki, şahzadə Məhəmməd hadisə zamanı zərər çəkməyib. Amma sui-qəsd etmiş şəxs saxlanılıb.

Agentliyin qeyd etdiyi kimi, Səudiyyə Ərəbistanının kralı Salman bin-Əbdül Əziz əl-Səudun beş ay ərzində taxtı oğluna verəcəyi gözlənilir. Salman iki ay müddətinə Mərakeşə məzuniyyətə aya getmək niyyətindədir. Bu zaman onun vəzifələrini varisi - şahzadə icra edəcək.

Son xəbərlər

Orphus sistemi