Səudiyyə Ərəbistanının dövlət televiziyasında ilk dəfə xəbərləri qadın aparıcı təqdim edib

Səudiyyə Ərəbistanının dövlət televiziyasında ilk dəfə xəbərləri qadın aparıcı təqdim edib Bakı. 21 sentyabr. REPORT.AZ/ Səudiyyə Ərəbistanının dövlət telekanalında ilk dəfə olaraq Xəbərlər verilişini qadın aparıcı təqdim edib.
Digər ölkələr
21 Sentyabr , 2018 20:37
Səudiyyə Ərəbistanının dövlət televiziyasında ilk dəfə xəbərləri qadın aparıcı təqdim edib

Bakı. 21 sentyabr. REPORT.AZ/ Səudiyyə Ərəbistanının dövlət telekanalında ilk dəfə olaraq "Xəbərlər" verilişini qadın aparıcı təqdim edib.

“Report” “Daily Mail”ə istinadən xəbər verir ki, əvvəllər CNBC və "Al Arab" telekanallarında çalışmış Veam əl-Daxil adlı xanım telejurnalist bundan sonra kişi həmkarı ilə birlikdə xəbərlər verilişini aparacaq.

Qeyd edək ki, Səudiyyə Ərəbistanında qadınlara son vaxtlar avtomobil sürmək, stadiona getmək, əvvəllər onlara qadağan olunmuş bir sıra ixtisaslara yiyələnmək hüququ verilib.

Şahzadə Məhəmməd bin Salman növbəti on illiyin sonunadək bütün çalışanlar arasında qadınları indiki 22%-dən 33%-ə çatdırmağı qarşısına məqsəd qoyub.

Son xəbərlər

Orphus sistemi