Bakı. 11 fevral. REPORT.AZ/ Səudiyyə Ərəbistanının cənubunda Cizan əyalətindəki təhsil idarəsinə silahlı basqın nəticəsində 6 nəfər ölüb.
"Report" TASS-a istinadən xəbər verir ki, bu haqda krallığın Daxili İşlər Nazirliyinin təmsilçisi bildirib.
"Silahlı basqın nəticəsində idarənin 6 əməkdaşı həyatını itirib, ikisi yaralanıb", - deyə təmsilçi vurğulayıb.
Məlumata görə, basqın cinayət zəmnində törədilib. Basqınçılar həbs edilib.