Bakı. 3 aprel. REPORT.AZ/ Səudiyyə Ərəbistanının başçılıq etdiyi beynəlxalq koalisiya qüvvələri Yəmənin cənub-qərbində yerləşən Taiz şəhərinə havadan zərbələr endiriblər.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, hərbi hava qüvvələrinin hədəfi üsyançıları dəstəkləyən hərbçilərin mövqeləri olub.
Həmçinin Taiz hava limanı da bombardımana məruz qalıb.
Bundan əvvəl, Səudiyyə Ərəbistanının Yəməndə "Hizbullah" və İran ilə mübarizə aparacağı bildirilmişdi.