​Səudiyyə Ərəbistanı Yəmənin cənub-qərbini bombalayıb

​Səudiyyə Ərəbistanı Yəmənin cənub-qərbini bombalayıb Hədəf üsyançıları dəstəkləyən hərbçilərin mövqeləri olub
Digər ölkələr
3 Aprel , 2015 01:58
​Səudiyyə Ərəbistanı Yəmənin cənub-qərbini bombalayıb

Bakı. 3 aprel. REPORT.AZ/ Səudiyyə Ərəbistanının başçılıq etdiyi beynəlxalq koalisiya qüvvələri Yəmənin cənub-qərbində yerləşən Taiz şəhərinə havadan zərbələr endiriblər.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, hərbi hava qüvvələrinin hədəfi üsyançıları dəstəkləyən hərbçilərin mövqeləri olub.

Həmçinin Taiz hava limanı da bombardımana məruz qalıb.

Bundan əvvəl, Səudiyyə Ərəbistanının Yəməndə "Hizbullah" və İran ilə mübarizə aparacağı bildirilmişdi.

Son xəbərlər

Orphus sistemi