Yuxarı

Sərxoş pilot 300 sərnişinlə Londondan Mavrikiyaya uçmaq istəyib

Sərxoş pilot 300 sərnişinlə Londondan Mavrikiyaya uçmaq istəyib
Pilotun bu əməlinin qarşısı vaxtında alınıb

Bakı. 20 yanvar. REPORT.AZ/ Britaniya polisi sərxoş vəziyyətdə London hava limanından 300 sərnişinlə Mavrikiyaya uçmağa hazırlaşan pilotun əməlinin qarşısını alıb.

"Report" "Daily Mail"ə istinadən xəbər verir ki, pilotun spirtli içki qəbul etdiyini kabinaya yaxın əyləşən sərnişinlər hiss ediblər.

Bununla əlaqədar olaraq, hüquq-mühafizə orqanları əməkdaşları çağırılıb. 49 yaşlı kişi saxlanılıb. Sərnişinlər başqa bir pilotla kiçik gecikmə ilə Mavrikiyaya yollanıblar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi