Serbiyanın Liviyadakı səfiri Tunisdə yol qəzasına düşərək ağır xəsarət alıb

Serbiyanın Liviyadakı səfiri Tunisdə yol qəzasına düşərək ağır xəsarət alıb Xəstəxanaya yerləşdirilmiş səfirə Serbiya XİN-in baş katibi baş çəkib
Digər ölkələr
10 May , 2017 08:20
Serbiyanın Liviyadakı səfiri Tunisdə yol qəzasına düşərək ağır xəsarət alıb

Bakı. 10 may. REPORT.AZ/ Serbiyanın Liviyadakı səfiri Oliver Potejiç Tunisə işgüzar səfəri zamanı avtomobil qəzasına düşüb.

"Report"un məlumatına görə, bu barədə "Gazeta.ru" yerli mətbuata istinadən xəbər verib.

Xəbərdə qeyd olunur ki, diplomat qəza zamanı ağır xəsarət alıb. Xəstəxanaya yerləşdirilmiş Potejiçə Serbiya Xarici İşlər Nazirliyinin baş katibi Velko Odaloviç baş çəkib.

Qeyd edilir ki, Tunisin Səhiyyə Nazirliyi və Serbiyanın bu ölkədəki səfirliyi səfirin müalicəsi üçün mümkün yardımı göstərirlər. 

Son xəbərlər

Orphus sistemi