Serbiyada ötən sutka 96 nəfərə koronavirus diaqnozu qoyulub.
“Report” xəbər verir ki, bu barədə məlumatı Səhiyyə Nazirliyi açıqlayıb.
Məlumata görə, ölkədə koronavirusa yoluxanların sayı 11 667-yə çatıb.
Bildirilir ki, 7 milyon əhalisi olan ölkədə indiyədək 247 nəfər pandemiyanın qurbanı olub.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 6,7 milyonu ötüb. Bunların 3,2 milyon nəfərdən çoxu sağalıb, 393 mindən çoxu isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.