Yuxarı

Serbiyada hərbi təyyarə qəzaya uğrayıb

Bakı. 11 aprel. REPORT.AZ/ Serbiyada “SOKO G-4 Super Galeb” hərbi ştrum təlim-məşq təyyarəsi qəzaya uğrayıb.

“Report” RİA "Novosti”yə istinadən xəbər verir ki, bunu Serbiyanın Müdafiə Nazirliyindən bildiriblər.

Hadisə aprelin 11-də Serbiyanın şimal-şərqində yerləşən Kovaçitsa kəndinin ərazisində baş verib.

Məlumata görə, qəza zamanı iki pilot katapultasiya edib və onlar sağ qalıblar. Hadisə yerində axtarış-xilasetmə əməliyyatı keçirilir.

Müdafiə Nazirliyindən bildiriblər ki, təlim uçuşunu Hərbi Hava Qüvvələrinin pilotlarının Texniki-Sınaq Mərkəzi keçirirmiş. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi