Yuxarı

Serbiyada anomal şaxtalar 6 nəfərin ölümünə səbəb olub

Serbiyada anomal şaxtalar 6 nəfərin ölümünə səbəb olub
Retkoçer kəndinin sakini, 49 yaşlı Mitar Lyubisavleviçin donmuş cəsədi tapılıb

Bakı. 15 yanvar. REPORT.AZ/ Serbiyada anomal soyuqlar 6 nəfərin ölümünə səbəb olub.

"Report"un məlumatına görə, bu barədə ölkənin radio və televiziya şirkəti "RTC" xəbər verib.

Məlumatda bildirilir ki, ölkənin cənubundakı Medvedje bələdiyyəsinin Retkoçer kəndinin sakini, 49 yaşlı Mitar Lyubisavleviçin donmuş cəsədi tapılıb. Onun meyitini yerli sosial-müdafiə mərkəsinin əməkdaşları aşkarlayıb.

Medvedje bələdiyyəsinin rəhbəri Neboyş Arsic bildirib ki, ölmüş şəxsin bir neçə gündür evində olmadığını bildirib.

Ölkənin Daxili İşlər Nazirliyi isə 150 sakinin kəskin soyuqların olduğu ərazidə xilas edildiyini və təxliyyə olunduğunu xəbər verib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi