Serbiyada koronavirusa yoluxanların sayı kəskin artdı

Serbiyada koronavirusa yoluxanların sayı kəskin artdı Serbiyada 227 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.
Digər ölkələr
27 İyun , 2020 22:41
Serbiyada koronavirusa yoluxanların sayı kəskin artdı

Serbiyada 227 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış iki nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 13 792 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, 267 nəfər vəfat edib.

Serbiyada son zamanlar infeksiyaya yoluxanların sayı 100 nəfəri ötmürdü.

Qeyd edək ki, Serbiyanın müdafiə naziri Aleksandar Vulin də koronavirusa yoluxub.

Son xəbərlər

Orphus sistemi