Serbiya Prezidenti ordunu tam döyüş hazırlığı vəziyyətinə gətirib

Serbiya Prezidenti ordunu tam döyüş hazırlığı vəziyyətinə gətirib Bakı. 29 sentyabr. REPORT.AZ/ Serbiya Prezidenti Aleksandr Vuçiç Kosovo xüsusi təyinatlılarının fəaliyyəti səbəbindən ordunun tam döyüş hazırlığı vəziyyətinə gətirilməsi barədə əmr verib.
Digər ölkələr
29 Sentyabr , 2018 17:27
Serbiya Prezidenti ordunu tam döyüş hazırlığı vəziyyətinə gətirib
РИА Новости

Bakı. 29 sentyabr. REPORT.AZ/ Serbiya Prezidenti Aleksandr Vuçiç Kosovo xüsusi təyinatlılarının fəaliyyəti səbəbindən ordunun tam döyüş hazırlığı vəziyyətinə gətirilməsi barədə əmr verib.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, əmr Serbiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisinə verilib.

Eyni zamanda Daxili İşlər Nazirliyinin (DİN) xüsusi təyinatlıları da tam döyüş hazırlığına gətirilib.

Qeyd edək ki, Kosovo DİN-in 60-a yaxın xüsusi təyinatlısı (ROSU) şimalda yerləşən "Qazivode" su elektrik stansiyasının akkumulyasiya gölü yaxınlığındakı mövqeləri tutub və bəndin yaxınlığındakı ekologiya və idman mərkəzinə daxil olublar.

Son xəbərlər

Orphus sistemi