Yuxarı

Serbiya hökuməti Yəmənə silah göndərmələri ilə bağlı iddiaları təkzib edib

Serbiya hökuməti Yəmənə silah göndərdikləri iddialarını təkzib edib

Serbiya Ticarət Nazirliyi Yəmənə, habelə sanksiya tətbiq edilən digər ölkələrə silah göndərmələri barədə iddiaları təkzib edib.

“Report” bu barədə RİA “Novosti”yə istinadən xəbər verir.

Ötən gün müxalifətdəki Xalq Partiyasının lideri, sabiq xarici işlər naziri, BMT Baş Assambleyasının sabiq sədri Vuk Yeremiç "N1" televiziyasına müsahibəsində daxili işlər naziri Neboisa Stefanoviçin atası, “United BG” şirkətinin sahibi Branko Stefanoviçin “Krusik Holding” dövlət müdafiə sənayesi şirkətinin müəssisəsindən silahları Yəmənə İŞİD üçün göndərdiyinə dair məlumatı olduğunu açıqlamışdı. Bu açıqlama Müdafiə Nazirliyi tərəfindən də təkzib edilib.

Silah ixracatına dair bütün məlumatların rəsmi saytlarında yerləşdirildiyini diqqətə çatdıran Ticarət Nazirliyi müştərinin onlardan satın aldığı silahları kimlərə ötürəcəyinə məsuliyyət daşımadıqlarını da vurğulayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi