Seneqalda yol qəzası olub, 12 nəfər ölüb, 50 nəfər yaralanıb

Seneqalda yol qəzası olub, 12 nəfər ölüb, 50 nəfər yaralanıb Xəsarət alanlardan 10-nun vəziyyəti ağırdır
Digər ölkələr
4 Mart , 2017 17:13
Seneqalda yol qəzası olub, 12 nəfər ölüb, 50 nəfər yaralanıb

Bakı. 4 mart. REPORT.AZ/ Seneqalın qərbində avtobusla mikroavtobusun toqquşması nəticəsində azı 12 nəfər ölüb, 50 nəfər xəsarət alıb.

“Report” “France Press”ə istinadən xəbər verir ki, bu barədə yerli xilasedicilər məlumat verib.

“On nəfər hadisə yerində, bir nəfər xəstəxanaya aprılarkən yolda, bir nəfər isə xəstəxanada ölüb”, - deyə xəstəxanadan bildirilib.

Xilasedicilərin verdiyi məlumata görə, xəsarət alanlardan 10-nun vəziyyəti ağırdır.

Şahidlər bildirib ki, avtobusun sürücüsü sükan arxasında yatdığından qəza baş verib.

Son xəbərlər

Orphus sistemi