Senatorlar Donald Trampı Türkiyəyə qarşı sanksiyalar tətbiq etməyə çağırıblar

Senatorlar Donald Trampı Türkiyəyə qarşı sanksiyalar tətbiq etməyə çağırıblar ABŞ senatorlarından ibarət qrup ölkə prezident Donald Trampı Türkiyənin Rusiyadan S-400 zenit-raket komplekslərini idxal etməsi ilə əlaqədar bu ölkəyə qarşı sanksiyalar tətbiq etməyə çağırıblar.
Digər ölkələr
13 İyul , 2019 05:22
Senatorlar Donald Trampı Türkiyəyə qarşı sanksiyalar tətbiq etməyə çağırıblar

ABŞ senatorlarından ibarət qrup ölkə prezident Donald Trampı Türkiyənin Rusiyadan S-400 zenit-raket komplekslərini idxal etməsi ilə əlaqədar bu ölkəyə qarşı sanksiyalar tətbiq etməyə çağırıblar.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bununla bağlı müraciət ABŞ-ın silahlı qüvvələr üzrə Komitəsinin mətbuat xidməti tərəfindən yayılıb.

"Biz “Amerikanın düşmənlərinə qarşı sanksiyalar vasitəsilə əks təsir” haqqında Qanunun tələb etdiyi kimi prezident Trampı sanksiyalar tətbiq etməyə çağırırıq”, - deyə müraciətdə bildirilir.

Senatorlar həmçinin Türkiyəyə F-35 qırıcılarının ixracı fonunda Pentaqonu Ankaranın F-35 proqramında iştirakını dayandırmağa çağırıblar.

Daha əvvəl Rusiyanın S-400 raketlərinin birinci hissəsinin avadanlıqları Türkiyəyə çatdırılıb. Rusiya Müdafiə NazirliyiS-400 zenit-raket sistemlərinin birinci hissəsini Türkiyəyə çatdırılmasını əks etdirən videogörüntüləri yayıb.

Son xəbərlər

Orphus sistemi