Mark Esper rəsmən ABŞ-ın müdafiə naziri olub - YENİLƏNİB

Mark Esper rəsmən ABŞ-ın müdafiə naziri olub - YENİLƏNİB İyulun 24-dən etibarən Mark Esper rəsmən ABŞ-ın yeni müdafiə naziri olub.
Digər ölkələr
24 İyul , 2019 03:05
Mark Esper rəsmən ABŞ-ın müdafiə naziri olub - YENİLƏNİB

İyulun 24-dən etibarən Mark Esper rəsmən ABŞ-ın yeni müdafiə naziri olub.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Ağ evin məlumatında deyilir.

Mark çərşənbə günü onun namizədliyini irəli sürən ABŞ prezidenti Donald Trampın iştirakı ilə and içib.

Çərşənbə axşamı Senat Esperin namizədliyini təsdiq edib.


***21:47/23 İyul

ABŞ Konqresinin Senatı Mark Esperin müdafiə naziri postuna namizədliyini təsdiq edib.

"Report" "The Washington Post" nəşrinə istinadən xəbər verir ki, onun namizədliyini 90 senator dəstəkləyib, 8-i əleyhinə səs verib.

Esper daha əvvəl Pentaqonun rəhbəri vəzifələrinin icraçısı olub.

İyunda ABŞ prezidenti Donald Tramp bunadək "Raytheon" şirkətində lobbiçi işləyən Mark Esperi müdafiə naziri təyin etmək niyyətində olduğunu bildirib.

Son xəbərlər

Orphus sistemi