Yuxarı

Sakit okeanda 6,6 bal gücündə zəlzələ baş verib

Dağıntı və tələfat haqqında məlumat yoxdur

Bakı. 8 dekabr. REPORT.AZ/ Cümə gününə keçən gecə Sakit okeanın Mikroneziya Federativ Ştatları sahillərində 6,6 maqnituda zəlzələ baş verib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Bildirilir ki, yeraltı təkanların mərkəzi okeanda, Yap adasının 7 min nəfərə yaxın sakini olan Kolonia şəhərindən 236 km şimal-şərqdə qeydə alınıb. Zəlzəələ 45 metr dərinlikdə olub.

Dağıntı və tələfat haqqında məlumat yoxdur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi