Şahzadə Filip İngiltərədə yol qəzasına düşüb - VİDEO - FOTO

Şahzadə Filip İngiltərədə yol qəzasına düşüb - VİDEO - FOTO Bakı. 18 yanvar. REPORT.AZ/ Britaniya kraliçası II Yelizavetanın həyat yoldaşı, 97 yaşlı Edinburq hersoqu şahzadə Filip İngiltərədə yol qəzasına düşüb.
Digər ölkələr
18 Yanvar , 2019 01:32
Şahzadə Filip İngiltərədə yol qəzasına düşüb - VİDEO - FOTO

Bakı. 18 yanvar. REPORT.AZ/ Britaniya kraliçası II Yelizavetanın həyat yoldaşı, 97 yaşlı Edinburq hersoqu şahzadə Filip İngiltərədə yol qəzasına düşüb.

Bu barədə "Report" BBC-ə istinadən xəbər verir.

Bildirilir ki, hadisə Sendiqrem kəndi yaxınlığında, Norfolk qraflığının qərbində baş verib. Məlumata görə, şahzadə Filip qəza zamanı xəsarət almayıb. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

II Yelizaveta hər il Milad ərəfəsində Sendiqremə gedir. Ailənin digər üzvləri də orada toplaşır. Monarx Milad bayramında yerli Müqəddəs Məryəm Maqdalina kilsəsinə baş çəkir. 

Daha əvvəl xəbər verilib ki, Britaniya kraliçasının həyat yoldaşı şahzadə Filip xəstəxanaya yerləşdirlib.

Son xəbərlər

Orphus sistemi