Yuxarı

Sabiq kansler: ABŞ Almaniya ilə işğal olunmuş ölkə kimi rəftar edir

Sabiq kansler: ABŞ Almaniya ilə işğal olunmuş ölkə kimi rəftar edir

Bakı. 18 noyabr. REPORT.AZ/ Almaniyanın sabiq kansleri Qerhard Şryoder ABŞ-ın ticarət siyasətini sərt tənqid edərək, Berlini maraqları onlar üçün münasib olan müttəfiqlər axtarmağa çağırıb.

“Report” xəbər verir ki, siyasətçinin sözlərini N-TV telekanalı sitat gətirib.

"Biz, bizimlə işğala məruz qalmış ölkə kimi rəftara dözə bilmərik…Amerika səfirinin hərəkətlərini müşahidə etdikdə, məndə belə bir təəssürat yaranır ki, o özünü Birləşmiş Ştatların suveren dövlətdəki səfirindən çox, işğalçı qoşunların zabiti kimi aparır", - deyə o bildirib.

Keçmiş kanslerin sözlərinə görə, Almaniya yaranmış vəziyyətdə maraqları özünə uyğun gələn müttəfiq axtarmalıdır.

Bundan əvvəl Angela Merkel siyasətdən gedəcəyi tarixi açıqlayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi