Sabiq kansler: ABŞ Almaniya ilə işğal olunmuş ölkə kimi rəftar edir

Sabiq kansler: ABŞ Almaniya ilə işğal olunmuş ölkə kimi rəftar edir Bakı. 18 noyabr. REPORT.AZ/ Almaniyanın sabiq kansleri Qerhard Şryoder ABŞ-ın ticarət siyasətini sərt tənqid edərək, Berlini maraqları onlar üçün münasib olan müttəfiqlər axtarmağa çağırıb.
Digər ölkələr
18 Noyabr , 2018 06:11
Sabiq kansler: ABŞ Almaniya ilə işğal olunmuş ölkə kimi rəftar edir

Bakı. 18 noyabr. REPORT.AZ/ Almaniyanın sabiq kansleri Qerhard Şryoder ABŞ-ın ticarət siyasətini sərt tənqid edərək, Berlini maraqları onlar üçün münasib olan müttəfiqlər axtarmağa çağırıb.

“Report” xəbər verir ki, siyasətçinin sözlərini N-TV telekanalı sitat gətirib.

"Biz, bizimlə işğala məruz qalmış ölkə kimi rəftara dözə bilmərik…Amerika səfirinin hərəkətlərini müşahidə etdikdə, məndə belə bir təəssürat yaranır ki, o özünü Birləşmiş Ştatların suveren dövlətdəki səfirindən çox, işğalçı qoşunların zabiti kimi aparır", - deyə o bildirib.

Keçmiş kanslerin sözlərinə görə, Almaniya yaranmış vəziyyətdə maraqları özünə uyğun gələn müttəfiq axtarmalıdır.

Bundan əvvəl Angela Merkel siyasətdən gedəcəyi tarixi açıqlayıb.

Son xəbərlər

Orphus sistemi