Saakaşvili Yeni ili Ali Radanın yanındakı çadırda qarşılayıb - VİDEO

Saakaşvili Yeni ili Ali Radanın yanındakı çadırda qarşılayıb - VİDEO Bakı. 1 yanvar. REPORT.AZ/ Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixeil Saakaşvili Yeni ili Ukrayna Ali Radasının yaxınlığındakı çadır şəhərciyində qarşılayıb.
Digər ölkələr
1 Yanvar , 2018 23:43
Saakaşvili Yeni ili Ali Radanın yanındakı çadırda qarşılayıb - VİDEO

Bakı. 1 yanvar. REPORT.AZ/ Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixeil Saakaşvili Yeni ili Ukrayna Ali Radasının yaxınlığındakı çadır şəhərciyində qarşılayıb.

"Report" xəbər verir ki, bu barədə o, "Facebook"da yazıb.

Siyasətçi bildirib ki, o, növbəti Yeni ili də burada, lakin qalib kimi qarşılayacaq.

Saakaşvilinin sözlərinə görə, o, 2018-ci ili dostlarının geniş əhatəsində qarşılayıb.

"Biz yaşadıqlarımızdan və birlikdə həyəcan keçirdikdən sonra 2018-ci ili başqa yerdə qarşılaya bilməzdik. Mübarizə ərzində bu insanlardan bir çoxu zərər çəkdi: - kimisə zədələdilər, kiməsə iş açdılar, kimisə həbsxanaya saldırlar. Və bütün bunlarda onlara dəstək lazımdır", - deyə o yazıb.

"Biz növbəti Yeni ili Ali Radada, ənənəyə uyğun və qalib kimi qarşılayacağıq. Biz ötən ildən mübarizəyə necə başladığımızı, ölkəni necə oyatdıq yada sala bilərik. Növbəti ildə isə necə qalib gəldiyimizi xatırlayacağıq", - deyə Saakaşvili əlavə edib.

Son xəbərlər

Orphus sistemi