Rusiyanın Dəməşqdəki səfirliyi atəşə tutulub

Rusiyanın Dəməşqdəki səfirliyi atəşə tutulub Səfirlik binasına xəsarət dəyməyib
Digər ölkələr
10 Mart , 2017 16:44
Rusiyanın Dəməşqdəki səfirliyi atəşə tutulub

Bakı. 10 mart. REPORT.AZ/ Suriyada atəşkəsə riayət etməyən silahlı dəstələr Dəməşqə Rusiya səfirliyinin yerləşdiyi Məzraa bölgəsini atəşə tutub.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, ümumilikdə bu əraziyə bir raket mərmisi atılıb. Mərmi səfirlik binasının 100-200 metrliyinə düşüb.

Səfirlik binasına xəsarət dəyməyib.

Məlumata görə, hücum "Əhrar əl-Şam" və "Cəbhət ən-Nüsrə" qruplaşmasının nəzarəti altında olan Cobar şəhərindən edilib.

Son xəbərlər

Orphus sistemi