Rusiyada 5,2 bal gücündə zəlzələ baş verib

Rusiyada 5,2 bal gücündə zəlzələ baş verib Tələfat və dağıntı yoxdur
Digər ölkələr
24 Mart , 2017 04:29
Rusiyada 5,2 bal gücündə zəlzələ baş verib
Courtesy İmage

Bakı. 24 mart. REPORT.AZ/ Rusiyanın Kamçatka yarımadasında 5,2 bal gücündə zəlzələ baş verib.

"Report" məlumatına görə, bu barədə "RİA Novosti"yə Rusiya Elmlər Akademiyasının Geofizika Xidmətinin Kamçatka filialından xəbər verilib.

Məlumata görə, yeraltı təkanlar Kronoçk yarımadasında qeydə alınıb. Zəlzələnin episentri Petropavlovsk-Kamçatskın şimal-şərqindən 305 kilometr məsafədə, 61 kilometr dərinlikdə yerləşib.

Fövqəladə Hallar Nazirliyinin yerli şöbəsindən isə bildiriblər ki, zəlzələ yaşayış məskənlərində hiss edilməyib. Tələfat və dağıntı yoxdur. 

Son xəbərlər

Orphus sistemi