Bakı. 24 mart. REPORT.AZ/ Rusiyanın Kamçatka yarımadasında 5,2 bal gücündə zəlzələ baş verib.
"Report" məlumatına görə, bu barədə "RİA Novosti"yə Rusiya Elmlər Akademiyasının Geofizika Xidmətinin Kamçatka filialından xəbər verilib.
Məlumata görə, yeraltı təkanlar Kronoçk yarımadasında qeydə alınıb. Zəlzələnin episentri Petropavlovsk-Kamçatskın şimal-şərqindən 305 kilometr məsafədə, 61 kilometr dərinlikdə yerləşib.
Fövqəladə Hallar Nazirliyinin yerli şöbəsindən isə bildiriblər ki, zəlzələ yaşayış məskənlərində hiss edilməyib. Tələfat və dağıntı yoxdur.