Rusiya Yəmənə humanitar yardım göndərəcək

Rusiya Yəmənə humanitar yardım göndərəcək Bu barədə Rusiyanın XİN rəsmisi Mariya Zaxarova məlumat verib
Digər ölkələr
10 Noyabr , 2016 21:36
Rusiya Yəmənə humanitar yardım göndərəcək

Bakı. 10 noyabr. REPORT.AZ/ Rusiya Yəmənin hərbi münaqişə zonasına növbəti humanitar yardım partiyası göndərməyi planlaşdırır.

"Report" xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova məlumat verib.

Diplomat bildirib ki, Rusiya bölgənin dəniz və havadan blokadasının aradan qaldırılmasının tərəfdarıdır.

"Moskva davamlı olaraq beynəlxalq ictimaiyyət tərəfindən Yəmən Respublikasında fəlakətli sosial-iqtisadi vəziyyətin yüngülləşdirilməsi üzrə təxirəsalınmaz tədbirlərin görülməsi, bu ölkənin bütün bölgələrinə maneəsiz humanitar yardım göndərilməsinin təmin edilməsi mövqeyindən çıxış edir", - deyə o qeyd edib.

Son xəbərlər

Orphus sistemi