Rusiya və Ukrayna qaz tranzitinin davam etdirilməsinə dair protokol imzalayıblar.
“Report” xəbər verir ki, bu barədə “Qazprom” şirkətinin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, Rəsmi Moskva və Kiyev Ukrayna ərazisi ilə qaz tranzitinin davam etdirilməsi və qarşılıqlı tələblərin tənzimlənməsi barədə saziş protokolunu imzalayıblar.
Dekabrın 20-də Minskdə Rusiya-Ukrayna qaz danışıqlarının növbəti raundu baş tutub.
Rusiya nümayəndə heyətinə “Qazprom” şirkətinin İdarə Heyətinin sədri və Direktorlar Şurasının sədr müavini Aleksey Miller, Energetika naziri Aleksandr Novak və Baş nazirin müavini Dmitri Kozak daxil olub.