Yuxarı

Rusiya Suriyada "Su-25"in vurulmasından sonra cavab hücumu edib, 30 terrorçu öldürülüb

Rusiya Suriyada "Su-25"in vurulmasından sonra cavab hücumu edib, 30 terrorçu öldürülüb
Terrorçuların İdlibdəki mövqelərinə yüksək dəqiqlikli silahlar ilə qrup şəklində zərbə endirilib

Bakı. 3 fevral. REPORT.AZ/ Rusiya silahlı qüvvələri Suriyada "Su-25" bombardımançı təyyarəsinin vurulmasından sonra "Nüsra cəbhəsi" terror qruplaşmasının yaraqlılarına cavab zərbəsi endirib.

“Report” xəbər verir ki, bu barədə hərbi idarənin məlumatında bildirilir.

İdlib əyalətində terrorçuların nəzarəti altında olan və Rusiya qırıcısına səyyar zenit raket kompleksindən atəş açılan əraziyə yüksək dəqiqlikli silahlar ilə qrup şəklində zərbə endirilib.

Müdafiə Nazirliyi qeyd edib ki, Rusiya hərbçilərinin zərbəsi nəticəsində 30-dan çox terrorçu öldürülüb.

Rusiya təyyarəsi şənbə günü İdlib əyalətində vurulub. Pilot katapult etsə də, terrorçularla döyüşdə öldürülüb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi