​Rusiya Müdafiə Nazirliyi Əfqanıstanda 50 min fəal döyüşçü olduğu barədə xəbərdarlıq edib

​Rusiya Müdafiə Nazirliyi Əfqanıstanda 50 min fəal döyüşçü olduğu barədə xəbərdarlıq edib Əfqanıstandakı qeyri-sabitlik ən kəskin problemlərdən biri olaraq qalır
Digər ölkələr
17 Oktyabr , 2015 10:23
​Rusiya Müdafiə Nazirliyi Əfqanıstanda 50 min fəal döyüşçü olduğu barədə xəbərdarlıq edib

Bakı. 17 oktyabrın. REPORT.AZ/ Rusiya Federasiyası müdafiə nazirinin müavini Anatoli Antonov ölkəsinin bundan sonra da ərazisində xeyli sayda yaraqlının fəaliyyət göstərdiyi Əfqanıstan hökumətinə yardımlarını davam etdirəcəyini bildirib. 

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, nazir müavini Əfqanıstandakı qeyri-sabit vəziyyətin ən kəskin problemlərdən biri olaraq qaldığını vurğulayıb.

Onun sözlərinə görə, son zamanlar "İslam Dövləti" terror qruplaşması üzvlərinin fəaliyyətinin artması müşahidə olunur. Antonov deyib ki, hazırda Kabil özü təkbaşına bu təhlükə ilə mübarizə apara biləcəyi barədə sual ortaya çıxır.

"Hazırda ölkədə 50 minə yaxın yaraqlı var. Onlar 4 mindən çox müxtəlif yönümlü qruplarda birləşib. Rusiya həm ikitərəfli formatda, həm də ŞƏT və KTMT çərçivəsində Əfqanıstan hökumətinə milli barışıq əldə etmək və ölkə iqtisadiyyatının bərpasına nail olmaq üçün bütün mümkün köməkliyi davam etdirmək niyyətindədir", - nazir müavini bildirib.

Son xəbərlər

Orphus sistemi