Yuxarı

Rusiya Müdafiə Nazirliyi: Afrində rusiyalı hərbçilərin təhlükəsizliyi ilə bağlı tədbirlər görülüb

Rusiyalı hərbçilər Təl-Əcər rayonuna köçürdülüb

Bakı. 20 yanvar. REPORT.AZ/ Rusiyanın Suriyadakı hərbi qruplaşmasının komandanlığı Afrində rusiyalı hərbçilərin təhlükəsizliyi ilə bağlı tədbirlər görüb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda deyilir ki, hərbçilər Təl-Əcər rayonuna köçürülüb.

Qeyd edək ki, Rusiya XİN Türkiyə Silahlı Qüvvələrinin Afrindəki hərbi əməliyyatı ilə bağlı bəyanat yayıb.

“Rəsmi Moskva Suriyanın Afrin bölgəsində Türkiyə ordusu tərəfindən başlanan hərbi əməliyyata görə narahatlıq keçirir, vəziyyəti diqqətlə izləyir”, - deyə bəyanatda bildirilir.

Nazirlikdə bildiriblər ki, Rusiya hərbçilərin Suriyada əsas məqsədi atəşkəsin təmin edilməsidir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu bölməyə aid digər xəbərlər

Digər xəbərlər>

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi