Rusiya DİN: “Krasnoqorsk atıcısı” intihar edib

Rusiya DİN: “Krasnoqorsk atıcısı” intihar edib Onun cəsədi Krasnoqorsk rayonunun Timoşkino qəsəbəsindəki şəxsi evlərin birində aşkarlanıb.
Digər ölkələr
23 Oktyabr , 2015 22:58
Rusiya DİN: “Krasnoqorsk atıcısı” intihar edib

Bakı. 23 oktyabr. REPORT.AZ/ Moskva ətrafında yerləşən Krasnoqorsk rayon administrasiyası başçısının birinci müavini Yuri Karaulovu, elektrik şəbəkəsinin rəhbəri Georgi Kotlyarenkonu və daha iki nəfəri qətlə yetirən biznesmenin cəsədi tapılıb.

"Report"un TASS agentliyinə istinadən xəbər verir ki, Rusiya Daxili İşlər Nazirliyinin ilkin məlumata görə, biznesmen Amiran Georqadze qətli törətdiyi gün intihar edib. Onun cəsədi Krasnoqorsk rayonunun Timoşkino qəsəbəsindəki şəxsi evlərin birində aşkarlanıb. Ev sahibi pəncərə şüşəsinin sındırıldığını görüb və içəri girmədən polis çağırıb.

Xatırladaq ki, böyük rezonans doğuran kütləvi qətl oktyabrın 19-da törədilmişdi. KİV-in “Krasnoqorsk atıcısı” adlandırdığı biznesmenin axtarışına Rusiya paytaxtı və Moskvaətrafı polisinin bütün şəxsi heyəti cəlb olunmuşdu. Amiran Georqadze barəsində federal axtarış elan olunmuş və onun tapılmasına köməyə görə bir milyon mükafat vəd edilmişdi.

Son xəbərlər

Orphus sistemi