Rusiya Böyük Britaniyaya etiraz notası verib

Rusiya Böyük Britaniyaya etiraz notası verib Rusiyanın Londondakı səfirliyi qarşısına çoxlu sayda maneken qolları atılıb
Digər ölkələr
4 Noyabr , 2016 05:43
Rusiya Böyük Britaniyaya etiraz notası verib

Bakı. 4 noyabr. REPORT.AZ/ Rusiyanın Londondakı səfirliyi Böyük Britaniyanın xarici siyasət idarəsinə etiraz notası göndərib.

"Report" xəbər verir ki, bu barədə səfirliyin rəsmi saytında məlumat verilib.

"Rusiyanın Böyük Britaniyadakı diplomatik nümayəndəliyi Forin-ofisə müvafiq etiraz notası ünvanlayıb", - deyə məlumatda qeyd olunur.

Səfirlik qeyd edir ki, cümə axşamı bir qrup nümayişçi diplomatik nümayəndəliyin girişini bağlayaraq etiraz aksiyası keçirib və binanın qarşısına çoxlu sayda maneken qolları töküblər.

"Böyük Britaniya ərazisində diplomatik missiyanın təhlükəsizliyi üçün real təhlükə yaradılıb", - deyə səfirlikdən bildirilib və qeyd olunub ki, eyni zamanda müəssisənin telefon xəttləri əngəllənib.

Son xəbərlər

Orphus sistemi