Yuxarı

Rusiya ABŞ-ın BMT-də Venesuela üzrə qətnaməsinə veto qoyub

​Rusiya ABŞ-ın BMT-də Venesuela üzrə qətnaməsinə veto qoyub

Bakı. 1 mart. REPORT.AZ/ Rusiya və Çin ABŞ-ın BMT Təhlükəsizlik Şurasında Venesuela üzrə qətnaməsinə veto qoyub.

Bu barədə "Report" "RİA Novosti" agentliyinə istinadən xəbər verir.

Bildirilir ki, ABŞ öz sənədində Venesuelada beynəlxalq müşahidə ilə yeni prezident seçkilərini keçirməyi təklif edib. Rusiya Amerikanın sənədinə qarşı özünün Venesuela üzrə qətnamə layihəsini yayıb. Sənəddə Venesuela dövlətinin müstəqilliyini, suverenliyini müdafiə etmək, həmçinin yaranmış vəziyyəti "Montevideo mexanizmi" vasitəsilə həll etmək təklif olunur.

Rusiyanın BMT Təhlükəsizlik Şurasında daimi nümayəndəsi Vasili Nebenzya bildirib ki, əgər sənəd qəbul edilməsə, onda bu, tarixdə birinci qanuni prezidentin vəzifəsindən çıxarılması hadisəsi olacaq.

Qeyd edək ki, Çin də ABŞ-ın BMT Təhlükəsizlik Şurasında Venesuela üzrə qətnaməsinə veto qoyub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi