Yuxarı

Rumıniyada tələbələr qatarlardan pulsuz istifadə edəcəklər

Rumıniyada tələbələr qatarlardan pulsuz istifadə edəcəklər
Qanun fevralın 1-dən etibarən qüvvəyə minib

Buxarest. 1 fevral. REPORT.AZ/ Rumıniyada fevralın 1-dən etibarən əcnəbi tələbələr üçün ölkədaxili qatarlarda gedişhaqqı ləğv olunub.

“Report”un Şərqi Avropa bürosunun məlumatına görə, bu güzəştdən Rumıniyanın Təhsil Nazirliyində akkreditə olunmuş dövlət və özəl ali təhsil müəssisələrində yalnız əyani formada oxuyan tələbələr yararlana biləcəklər.

Rumıniya hökumətinin qəbul etdiyi qərar ümumilikdə 465 min tələbəyə şamil olunacaq. Bütün bu xərclər dövlət büdcəsinə təqribən 22 milyon avroya başa gələcək.

Hökumətin qəbul etdiyi qərar moldovalı tələbələrə də aid ediləcək. Bu il Rumıniya Moldovadan olan 2 min 800 tələbəyə ölkənin müxtəlif universitetlərində təhsil almaq üçün təqaüd ayırıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi