Rumıniyada hökumət əleyhinə etiraz aksiyası keçirilib

Rumıniyada hökumət əleyhinə etiraz aksiyası keçirilib Bakı. 13 may. REPORT.AZ/ Rumıniyanın böyük şəhərlərində minlərlə insan hakim koalisiya, baş nazir Vioriki Dançile, Deputatlar Palatasının sədri Liviu Draqni və Senat sədri Kelina Popesku-Teriçanu əleyhinə aksiyalarda iştirak edib.
Digər ölkələr
13 May , 2018 03:23
Rumıniyada hökumət əleyhinə etiraz aksiyası keçirilib

Bakı. 13 may. REPORT.AZ/ Rumıniyanın böyük şəhərlərində minlərlə insan hakim koalisiya, baş nazir Vioriki Dançile, Deputatlar Palatasının sədri Liviu Draqni və Senat sədri Kelina Popesku-Teriçanu əleyhinə aksiyalarda iştirak edib.

"Report" xəbər verir ki, bu barədə "Mediafax" məlumat yayıb.

Məlumata görə, minlərlə insan "Azadlıq" meydanına çıxaraq, Sosial-Demokrat partiyalarının koalisiyasını və Liberal-Demokrat partiyalarının alyansını seçkiöncəsi verdikləri vədləri yerinə yetirməməkdə və ölkəni Avropa, habelə demokratik standartlardan uzaqlaşdırmaqda ittiham ediblər.

Aksiyaçılar həmçinin Cinayət Məcəlləsinə dəyişiklik olunmasını, Korrupsiyaya qarşı Milli İdarənin rəhbərliyinin əvəzlənməsini, ədliyyə qanunlarına yenidən baxılmasını tələb ediblər.

Son xəbərlər

Orphus sistemi